Ümumi məlumat Nə üçün KİT Group?

Ümumi Məlumat

KİT Group bir çox xidmət sahəsini özündə birləşdirən, keyfiyyət və güvəni əsas iş prinsipi olaraq qəbul edən şirkətlər qrupudur. Qrupa daxil olan şirkətlər və həyata keçirilən layihələr öz sahələrində kifayət qədər ixtisaslaşmış, yüksək təhsilə, bacarığa və təcrübəyə malik mütəxəssislər tərəfindən idarə edilməkdədir.

KİT Group tərəfindən hal-hazırda müştərilərimizə İT; sığorta vasitəçiliyi; hüquq, insan resursları və mühasibatlıq üzrə məsləhət xidmətləri; sənaye, dağ və macəra turizmi; xüsusi, maliyyə, ixracat və idxalat konsultasiyaları; biznesin təşkili və idarə edilməsi və bu kimi digər geniş xidmətlər çeşidi təqdim edilməkdədir.

Bu xidmətlərdən əlavə biz media, xeyriyyəçilik və sosial məsuliyyət istiqamətində aktiv fəaliyyət göstərməkdəyik. Həmçinin, keyfiyyəti saxlamaq şərti ilə müntəzəm olaraq yeni xidmət sahələrini və layihələrimizi genişləndirməyə çalışırıq. Hər bir layihə əhəmiyyətindən və həcmindən aslı olmayaraq ayrı-ayrılıqda dəyərləndirilir və idarə edilir.


Missiyamız

Müasir texnologiyalardan da istifadə etməklə, ən yeni keyfiyyət standartlarına uyğun xidmətlərimizlə müştərilərimizin məmnuniyyətini ən üst səviyyədə qazanmaq, bununla da Azərbaycanda və beynəlxalq aləmdə nüfuzlu və etibarlı bir qurum olaraq fəaliyyət göstərməkdir.


Dəyərlərimiz


Şirkət strategiyamız