Onlayn Xidmətlər Sosial Layihələr StartUp Aktiv Turizm

Korporativ Sosial Məsuliyyət cəmiyyətin həyat şəraitini yaxşılaşdırmaq üçün şirkətlərin öz əməkdaşları, onların ailələri, yerli əhali - bir sözlə bütün cəmiyyətlə birlikdə iqtisadi, ekoloji, mədəni və ictimai inkişafa dəstək vermə məsuliyyətidir. Şirkətin fəaliyyət sahəsinə və iqtisadi gücünə görə onun korporativ sosial məsuliyyət konsepsiyasına daxil olan komponentlər dəyişməkdədir.

KIT Group şirkəti olaraq Biz də, korporativ sosial məsuliyyətin cəmiyyətə münasibətdə korporativ sosial siyasət; korporativ idarəetmə və korporativ etika; korporativ xeyriyyəçilik və könüllülük kimi komponentlərini əsas götürərək fəaliyyət göstərməkdəyik.

Biz təhsil, sağlamlıq və xeyriyyəçilik konteksində olan sosial layihələrimizi şirkət bazamızda fəaliyyət göstərən LAYF Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirməkdəyik.


Qarşılıqsız olaraq veriləni Qarşılıqsız olaraq verəcəyik!

Biz KIT Group olaraq, yeni ideyalar və tərəfdaşlıq təklifləri üçün hər zaman açığıq.


Əlaqə:

Tel: (012)562-90-60; (055)310-90-71;
email:
office@layf.az;
Web:
www.layf.az;www.donorlar.az