Şirkətlər qrupu

ISO 9001:2015
Xəbərlər

“SOCAR Petroleum” Şuşada

26-Jan-2021

“SOCAR Petroleum” işğaldan azad edilmiş Şuşa şəhərinə dizel yanacağının səyyar çatdırılmasına başlayıb.

Şirkətin məlumatında deyilir: “30 illik həsrətdən sonra böyük fəxarət və qürur hissi ilə deyirik: Qəhrəmanlıq salnaməsi yazılan Natavanın, Üzeyirin, Vaqifin, Xarı Bülbülün Vətəni, ən əsası Qarabağın İncisi olan Şuşa həmişəlik bizimdir. Bizim qayıdışımızla Şuşanın yenidən oyanışı başladı. Biz də bu oyanışa dəstək olaraq Şuşa şəhərini yanacaqla təmin etdik”.

Həmçinin məlumatda qeyd edilir ki, “SOCAR Petroleum” bununla yekunlaşmayıb. Gələcəkdə işğaldan azad olunmuş bütün torpaqlarımızda “SOCAR” brendli yanacaqdoldurma məntəqələrini istismara verəcəyini planlaşdırır.

Mənbə: Finance.az

Digər Xəbərlər