Şirkətlər qrupu

ISO 9001:2015

VERTICAL SERVICE

Sənaye Alpinizmi

Sənaye Alpinizmi xüsusi texnologiya ilə hazırlanmış avadanlıqlarla hündürlükdə müəyyən işlərin görülməsidir. Şirkətimiz bu sahədə ən son texnologiya ilə hazırlanmış etibarlı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuşdur. Eyni zamanda bizim peşəkar işçi heyətimiz bu sahədə bir çox təlimlərdə iştirak etmiş və müəyyən sertifikatlar əldə etmişlər.

Vertical Service olaraq təklif etdiyimiz bu xidmətlər, müştəri məmnuniyyətinin üst səviyyədə olmasını hədəfləməkdədir.

 

Niyə təklif etdiyimiz Sənaye Alpinizmi xidmətlərini seçməlisiniz?

Sənaye Alpinizmi vasitəsi ilə göstərdiyimiz xidmətlər, bir sıra rahatlığa və maliyyə qənaətinə səbəb olmaqdadır:

•  Böyük qaldırıcı texnika və qurğuların fəaliyyət göstərə bilmədiyi yerlərdə rahatlıqla xidmətin göstərilməsi;

•  Zamana qənaət edilməsi (sürət və çeviklilik);

•  Alpinistlər tərəfindən qaldırıcı texnika vasitəsi ilə deyil, iplər vasitəsi ilə xidmətin yerinə yetirilməsi;

•  İplər vasitəsi ilə qaldırıcı qurğuların verəbiləcəkləri zərərlərin qarşısının alınması;

•  Hündür mərtəbəli tikililərin çətin yetişiləcək nöqtələrinə daha rahat və sürətlə çatmaq imkanı;

•  İplər vasitəsi ilə istənilən hündürlükdə tapşırığı yerinə yetirmək üçün heç bir məhdudiyyətin olmaması.

 

Xidmətlərimiz:

Müştərilərimizin rahatlığını, vaxt və maliyyə qənaətini nəzərə alaraq, Sənaye Alpinizmi sahəsində həyata keçirdiyimiz texniki xidmətləri dəyərli müştərilərimizə təqdim edirik.

•  Boru, havalandırma sistemləri, konstruksiyaların montajı və demontajı;

•  Müxtəlif  cür örtüklərin boyanması, texniki baxımı, təmiri və əvəzlənməsi;

•  Dekorativ avadanlıq və xüsusi qurğuların quraşdırılması, asılması və təmiri;

•  İşıqlandırma sistemlərinin quraşdırılması, texniki baxımı, təmiri və əvəzlənməsi;

•  Yüksəklikdə qaynaq işlərinin görülməsi;

•  Telekommunikasiya qüllələrində montaj və demontaj işləri;

•  Hündür bayraq dirəklərində yaranmış problemləri ortadan qaldırmaq;

•  Daxili və xarici GSM avadanlıqlarının quraşdırılması və texniki xidməti;

•  Hər növ reklam lövhələrinin asılması, texniki baxımı, təmiri və əvəzlənməsi;

•  İstənilən hündürlüyə yüklərin iplər vasitəsi ilə qaldırılması;

•  Müxtəlif təyinatlı hündürmərtəbəli binalarda şüşələrin dəyişdirilməsi;

•  Fasadda suvaq və boyama işlərinin görülməsi;

•  Avadanlıqların fasadlardan asılması və dəyişdirilməsi;

•  Novların təmiri və boyanması;

•  Havalandırma borularının daxildən və xaricdən təmizlənməsi, boyanması və təmiri;

•  Bağlı qapıların açılması;

•  Yüksəklikdə digər istənilən texniki xidmətlər.

Əlaqə

VERTICAL SERVICE Azərbaycan, Bakı, Əhməd Rəcəbli küç 1A, 501
+994 51 230 66 21 +994512306621