Şirkətlər qrupu

ISO 9001:2015

VERTICAL SERVICE

Eko Turlar və Zirvə Yürüşləri

Ekoturizm, ölkə daxilində və xaricində möhtəşəm təbii mənzərələri, istənilən zirvələri görməyə imkan verən, səyahətdən zövq alacağınız xidmətlər bütünüdür.

Şirkətimiz həm ölkə daxilində, həm də xaricində zirvə dırmanışları və eko-ekstremal turlar təşkil edir. Turlara azərbaycan, türk, ingilis və rus dilli peşəkar bələdçilər rəhbərlik etməkdədir. Turların proqramı korporativ və fərdi sifarişçiyə uyğun tərtib olunur. Eyni zamanda şirkətimiz, “Siz istəyin, Biz həyata keçirək” prinsipi ilə Sizin özəl tur istəklərinizi də həyata keçirir.

Ekoturizmin ən vacib prinsiplərindən biri, turun və turistlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasıdır. Buna Biz, intensiv hazırlıq proqramı və peşəkar bələdçilərimiz sayəsində nail oluruq. Buna görə də, təşkil etdiyimiz turlar və zirvə yürüşləri, həm bu sahədə təcrübəsi və ya səriştəsi olmayan, həm də təcrübəli səyahətçilərə aiddir.

Sizinlə yol yoldaşı olmaq Bizə xoşdur!

 

Zirvə turlarımız:

›  Bazardüzü zirvəsi (4466 m, Azərbaycan);

›  Şahdağ zirvəsi (4243 m, Azərbaycan);

›  Tufan zirvəsi (4191 m, Azərbaycan);

›  Bazaryurd zirvəsi (4126 m, Azərbaycan);

›  Çingiz zirvəsi (4062 m, Azərbaycan);

›  İlham zirvəsi (4042 m, Azərbaycan);

›  Heydər zirvəsi (3751 m, Azərbaycan);

›  Atatürk zirvəsi (3759 m, Azərbaycan);

›  Qızılqaya zirvəsi (3726 m, Azərbaycan);

›  Xınalıq zirvəsi (3713 m, Azərbaycan);

›  Elbrus zirvəsi (5672 m, Rusiya);

›  Kazbek zirvəsi (5033 m, Gürcüstan);

›  Savalan zirvəsi (4811 m, İran);

›  Dəmavənd zirvəsi (5672 m, İran);

›  Ağrı zirvəsi (5137 m, Türkiyə);

›  İbn Sina (Lenin) zirvəsi (7134 m, Tacikistan);

›  Xan Tenqri zirvəsi (7010 m, Qırğızıstan).

 

Trekinq və haykinq turlarımız:

›  Xınalıq turu, Quba;

›  Qrız şəlaləsi, Quba;

›  Qalaxudat-Qrız-Laza turu, Quba;

›  Laza turu, Qusar;

›  Laza, Mıxtökən turu, Qusar;

›  7 Gözəl Şəlalə turu, Qəbələ;

›  Lahıc, Nialdağ turu, İsmayıllı;

›  Fit dağı yürüşü, İsmayıllı;

›  Qaranohur turu, İsmayıllı;

›  Çıraqqala turu, Şabran;

›  Nohur göllər turu, Şabran;

›  İlisu turu, Qax;

›  Göygöl-Maralgöl turu, Gəncə.

Əlaqə

VERTICAL SERVICE Azərbaycan, Bakı, Əhməd Rəcəbli küç 1A, 501
+994 51 230 66 21 +994512306621