Xidmətlər siyahısı
- Layihələrin İdarə Edilməsi və Nəzarəti
- Təmir-Tikinti
- Sənaye Alpinizmi
- Metal Konstruksiya
- İnteryer Dizayner xidməti
- Daxili Təmizləmə
- İsitmə, soyutma və havalandırma sistemləri
- Kəsintisiz Enerji Sistemləri
- Səs və Akustika Sistemləri Təminatı
- Barter Sistemi
- Maliyyə və Mühasibat
- Təchizat və Təminat
- Nəzarət və Müşahidə Sistemi
- IT - Proqramlaşdırma
- IT - Şəbəkə
- WEB Dizayn Xidmətləri
- Eko Turlar və Zirvə Yürüşləri
- Sənaye alpinizm ləvazimatlarının satışı
KIT TECH
IT - Şəbəkə
Uğur qazanmaq istəyən şirkətlər baş verən yeniliklərlə hazır olmalıdırlar. Texnologiyanın inkişafının şirkət və ya qurumlarda mövcud olan kommunikasiyaya və işlərin ləngimədən getməsinə böyük təsiri var. Həm müştəri ilə, həm də əməkdaşlarınız ilə istənilən yer və zamanda əlaqə qurmaq göstərdiyimiz xidmətlər sayəsində artıq asandır. Təklif etdiyimiz xidmətlərlə Siz həm şirkət daxilində komunikasiyanı gücləndirmiş olacaqsınız, həm də dünyanın istənilən ölkəsində olan müştərilərinizlə fasiləsiz əlaqə saxlaya biləcəksiniz.
Daxili şəbəkə sisteminin qurulması:
Qurduğumuz şəbəkə sistemləri ilə məlumatların sürətli və təhlükəsiz şəkildə ötürülməsini, saxlanmasını təmin edərək, işinizdə baş verə biləcək gecikmələri aradan qaldırırıq.
• Server infrastrukturunun qurulması;
• Cisco, Allied Telesis, HP və digər switchlərin, quraşdırılması və konfuqurasiya edilməsi;
• Firewall cihazlarının quraşdırılması və konfiqurasiya edilərək şəbəkə təhlükəsizliyinin təmin edilməsi;
• Router, Switch, Modem, Access Point və digər qurğuların sazlanması;
• Rack və Patch panellərin yığılması;
• Lokal (Daxili şəbəkə) və Qlobal (İnternet) şəbəkələrin qurulması.
IP Telefoniya sisteminin qurulması:
IP telefoniya səsin internet vasitəsi ilə ötürülməsidir. Sizin üçün qurduğumuz telefoniya sistemi ilə dünyanın hər yerindən öz kommutatorlarınıza qoşula bilər və ofisdə olmasanız belə, telefonlarınızı ofisdə olduğunuz kimi istifadə edə bilərsiniz.
Mini ATS sisteminin qurulması:
Təklif etdiyimiz Mini ATS sisteminin qurulması və proqramlaşdırılması şəhər telefon nömrələrinin çatışmazlığı və təşkilata daxil olan zənglərin emalı ilə bağlı bir sıra problemləri həll etməyə imkan yaradır.
KIT Tech olaraq, Sizə, effektiv nəticə və rahatlıq təmin etmək üçün təcrübəli kadrlarımız tərəfindən həyata keçirilən Şəbəkə xidmətlərimizi təklif edirik!
IP və Mini ATS Xidmətlərimiz:
• Müxtəlif vendorlar üzərində IP Telefoniya sisteminin yaradılması;
• Çağrı mərkəzi və IVR qurulması;
• Hibrid mini ATS-lərin quraşdırılması və konfiqurasiyası;
• VOİP və Hibrid sistemlərin bir birinə inteqrasiyası.