KIT TRADE

KIT TRADE

KIT Group satış, təchizat-təminat, idxalat və ixracat fəaliyyətlərinin koordinasiyası sahəsində vahid mərkəzdən idarəetmədə mövcud ehtiyacı nəzərə alaraq, 2020-ci ildə KIT Trade şirkətini təsis etmişdir.

Satışın təşkili və nümayəndəlik xidmətimizə, istədiyiniz məhsulun satışı üçün mağazanın və ya nümayəndəliyinin açılması, satış üçün lazım olan məhsulun alınması, gömrüklənməsi, çatdılırması, yerləşdirilməsi və maliyyə sisteminin qurulması fəaliyyətləri aiddir.

Təchizat və təminat xidmətimizə, müştərinin tələb etdiyi məhsulu istədiyi zamanda və məkanda, ən uyğun qiymətə əldə etməsinə imkan verən fəaliyyətlər aiddir.

İdxalat və ixracat sahəsində koordinasiya xidmətimizə, idxalat və ixracat prosesinin idarə edilməsi, şirkətlərə logistika, yüklərin daşınması, gömrükləmə işlərinin həll edilməsi, məhsulların sertifikatlaşdırılması, yüklərin saxlanılması və çatdırılması kimi fəaliyyətlər aiddir.

Barter xidməti, tərəflərin ödəniş etmədən əldə etdiyi və bunun müqabilində qarşılıqlı xidmət göstərdikləri fəaliyyət formasıdır. Barter xidmətimizə, təklif olunan mal və ya xidmətin həcmindən və əməkdaşlıq müddətindən asılı olaraq 100%-ə qədər barter üsulu ilə ödəmə fəaliyyəti aiddir.

KIT Trade olaraq peşəkar komandamızla birlikdə, daima yenilikləri araşdırır və əməkdaşlıq etdiyimiz müştərilərin həm daxili, həm də beynəlxalq bazarlarda qazanclı olmasına çalışırıq.

KIT Trade tərəfindən göstərdiyimiz bütün xidmətlər haqqında müştərilərimizə təklif etdiyimiz konsultasiya ödənişsizdir. Eyni zamanda, şirkətimizin xidmətlərindən birini istifadə etməklə, KIT Group-a daxil olan digər şirkətlərin istənilən xidmətini endirimlə əldə edə bilərsiniz.

 

KIT Trade xidmətləri haqqında məlumat almaq istəyirsinizsə, üzərinə klikləyərək keçid edə bilərsiniz:

Layihələrin idarə edilməsi və nəzarəti

Barter sistemi

Təchizat və təminat



Əlaqə

KIT TRADE Azərbaycan, Bakı, Əhməd Rəcəbli küç 1A, 501
+994 51 230 66 21 +994 70 330 66 16
ISO 9001:2015