Şirkətlər qrupu

ISO 9001:2015

KIT TRADE

Layihələrin İdarə Edilməsi və Nəzarəti

Layihələrin həyata keçirilməsi və uğurlu olması onun düzgün planlanması və idarə edilməsindən asılıdır. Layihələri idarə etmək və onları uğurla başa çatdırmaq üçün isə təcrübəli, məlumatlı və yüksək şəxsi keyfiyyətlərə malik olan mütəxəssislər tələb olunur. KIT Group, təcrübəli komandası ilə istədiyiniz bütün sahələrdə ideyalarınızı və istəklərinizi layihələndirməyə, düzgün idarəsi və nəzarətini həyata keçirməyə hazırdır.

Layihə rəhbərliyində qurumun strategiyalarına uyğunluğun təmin edilməsi, effektiv analiz və planlaşdırma, başlanğıc və bitmə vaxtlarının təyin edilməsi, koordinasiya və qarşılıqlı əlaqələrin düzgün qurulması, layihə icrası zaman doğru müşahidələrin və nəzarətin həyata keçirilməsi layihənin müvəffəqiyyəti üçün ən vacib addımlardır. Bütün bu addımlar tərəfimizdən düzgün və effektiv şəkildə həyata keçirilir. Təmir-tikinti, təchizat və təminat, müxtəlif tədbirlərin təşkili, informasiya texnogiyaları və bu kimi onlarla sahəyə aid layihələri beynəlxalq standartlarla idarə edən şirkətimiz, hədəflərinizə çatmaqda ən böyük yardımçınızdır.

Əlaqə

KIT TRADE Azərbaycan, Bakı, Əhməd Rəcəbli küç 1A, 501
+994 12 408 12 02 +994 70 330 66 16
KIT Group (Baş ofis) Azərbaycan, Bakı, Əhməd Rəcəbli küç 1A, 501
+994124081202 +994512306621