Xidmətlər siyahısı
- Layihələrin İdarə Edilməsi və Nəzarəti
- Təmir-Tikinti
- Sənaye Alpinizmi
- Metal Konstruksiya
- İnteryer Dizayner xidməti
- Daxili Təmizləmə
- İsitmə, soyutma və havalandırma sistemləri
- Kəsintisiz Enerji Sistemləri
- Səs və Akustika Sistemləri Təminatı
- Barter Sistemi
- Maliyyə və Mühasibat
- Təchizat və Təminat
- Nəzarət və Müşahidə Sistemi
- IT - Proqramlaşdırma
- IT - Şəbəkə
- WEB Dizayn Xidmətləri
- Eko Turlar və Zirvə Yürüşləri
- Sənaye alpinizm ləvazimatlarının satışı
KIT FINANCE
Maliyyə və Mühasibat
İqtisadiyyatda baş verən dəyişikliklər hər bir şirkətə müəyyən dərəcədə təsir edir. Bu dəyişikliklər şirkətə fürsət yarada biləcəyi kimi təhlükə də yarada bilməkdədir. Şirkət daim bu fürsətlərdən yararlana bilməyi bacarmalı, təhlükələrdən xeyirlə çıxmağı hədəfləməlidir. Bunun üçün isə şirkətlərdə güclü maliyyə mütəxəssiləri tələb olunur.
Maliyyə xidmətlərinin yerinə yetirilmədiyi təqdirdə aidiyyatı dövlət orqanları, sifarişçilər və podratçılar, partnyorlar və əməkdaşlar qarşısında öhdəliklərin yerinə yetirilməməsi kimi problemlərlə qarşılaşmaq mümkündür. Şirkətimiz, bu kimi problemlərlə üzləşməməyiniz və ya problem yarandığı təqdirdə çıxış yolunun tapılması üçün Sizə dəstək olmağa hər zaman hazırdır.
Biz daim iqtisadiyyatın müxtəlif sahələrində baş verən bütün dəyişiklikləri izləyir, bunun biznesə necə təsir göstərə biləcəyi barədə ekspert rəylərimizi təqdim edərək, bazar ehtiyaclarına uyğun olaraq problemlərinizi həll etməyə kömək edirik.
KIT Finance olaraq, Sizə, hədəflərinizə çatmaq üçün təcrübəli kadrlarımız tərəfindən həyata keçirilən Maliyyə və Mühasibat xidmətlərimizi təklif edirik!
Maliyyə Xidmətlərimiz:
• Maliyyə planının hazırlanması;
• Maliyyə sisteminin qurulması;
• Maliyyə hesabatlarının təhlili və auditi;
• Maliyyə sahəsində və dəyişən vergi qanunvericiliyinə uyğun məsləhətlər;
• İdarəetmə və tənzimləmə məsələlərinin həllində peşəkar dəstək;
• Fəaliyyətin davamlılığı üçün SWOT analizlərinin aparılması;
• Maliyyə, satış və marketinq planının hazırlanması;
• Biznes planının hazırlanması;
• Kapitalın (investisiyanın) doğru yönləndirilməsində sahibkarlara məsləhətlər.
Mühasibat Uçotu Xidmətlərimiz:
Şirkət davamiyyətini təmin etmək üçün bütün hesabatların doğru şəkildə həyata keçirilməsi lazımdır və Biz, sizin mühasibatlıq uçotu xidmətlərinizi qüsursuz həyata keçirməyə hazırıq.
• Ciddi uçot blanklarının rəsmiləşdirilməsi;
• Debitor və kreditor borcunun analizi və inventarizasiyası;
• Aylıq, rüblük və illik dövriyyə-qalıq cədvəllərinin hazırlanması;
• Mənfəət və zərər, balans, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişiklik haqqında hesabatların hazırlanması.
Vergi Uçotu Xidmətlərimiz:
Şirkətimiz, Sizə vergi güzəştlərindən maksimum istifadə etməklə, qanuna zidd olmayacaq şəkildə ən az vergi ödəmək planlarını hazırlamaqda yardımcı olacaq. Təqdim etdiyimiz xidmətlə, aylıq, rüblük və illik tablolarda nə qədər aktiviniz və nə qədər öhdəliyiniz olduğunu açıq şəkildə görə biləcək, qərar vermədə əminliklə daha rahat hərəkət edə biləcəksiniz.
• Hesabatların verilməsi;
• Rüblük və illik hesabatların müvafiq nəzarətedici orqanlara (Vergi bəyənnamələri, Məcburi Dövlət Sosial Sığorta və İşsizlikdən sığorta hesabatları, Statistik hesabat, Məşğulluq İdarəsinə hesabat) təqdim edilməsi;
• Vergiqoyma, vergi planlaşdırılması və vergi riskləri üzrə məsləhət xidmətləri (təqdim edilmiş bəyənnamələrin yenidən araşdırılması, sahibkarı gələcəkdə səyyar yoxlamada gözləyən maliyyə sanksiyaları və cərimələr barədə məlumatlandırma).
Tenderlərdə Dəstək (Dövlət satınalmaları) Elektron Portal Xidmətlərimiz:
Şirkətimiz Sizə, tenderlərə dəstək üçün təkliflərinin və strategiyanın hazırlanması, sənədlərin qanunvericiliyə uyğunluğu baxımından araşdırılması və hazırlanması, onların portala yerləşdirilməsi kimi xidmətləri də təklif edərək işinizi daha da etibarlı etməyinizə kömək olmaqdadır.
• Hüquqi sənədlərin toplanması və portala yerləşdirilməsi;
• Təkliflərin hazırlanması və portala yerləşdirilməsi;
• Müraciətlərin hazırlanması və portala yerləşdirilməsi.
Əlaqə