Xidmətlər siyahısı
- Maliyyə və Mühasibat
- İstilik və Kombi Sistemlərinin Qurulması
- ALO Sığorta
- IT - Proqramlaşdırma
- Sənaye Alpinizmi
- Təchizat və Təminat
- Marketinq
- Təmir-Tikinti
- Fərdi Mühafizə Vasitələrinin Satışı
- Rəqəmsal Reklam və PR
- Metal Konstruksiya
- Kəsintisiz Enerji Sistemləri
- IT - Şəbəkə
- Eko Turlar və Zirvə Yürüşləri
- Gömrük Broker Xidmətləri
- Barter Sistemi
- Nəzarət və Müşahidə Sistemi
- Hüquq Xidmətləri
- Korporativ tədbirlərin təşkili
- Layihələrin İdarə Edilməsi və Nəzarəti
- Əməyin Mühafizəsi SƏTƏM
- Səs və Akustika Sistemləri Təminatı
- İş Geyimləri (Uniforma) Təminatı
- WEB Dizayn Xidmətləri
KIT TRADE
Barter Sistemi
Qədim dövrlərdə olduğu kimi 21-ci əsrdə də mal və xidmətlərin əvəzinin ödənilməsində barter mübadilə üsulu tərəfdaşlıq üçün önəmli vasitələrdən biri olaraq qalmaqdadır. Bütün dünyanı əhatə edən bu mübadilə vasitəsi, xüsusi ilə yeni qurulmuş şirkətlərin və böhran şəraitlərində bazar iştirakçılarının maraqlarına daha çox xidmət etməkdədir.
Barter xidmətləri, tərəflərin ödəniş etmədən əldə etdiyi və bunun müqabilində qarşılıqlı xidmət göstərdikləri fəaliyyət formasıdır.
Təklif olunan xidmətlərin dəyəri həcmindən və əməkdaşlıq müddətindən asılı olaraq 100%-ə qədər barter üsulu ilə ödənilməsi mümkündür. Eyni zamanda, Sizin, əvəzinin barter üsulu ilə ödənilməsini istədiyiniz xidmətlərinizin satışını və alışını təşkil edirik.
Təmin edəcəyiniz mal və ya xidmətlərin qarşılığında barter sistemi ilə alacağınız xidmətin keyfiyyəti Sizi narahat edə bilər. Biz Sizi bu narahatlıqdan xilas edirik. Çünki, əmin ola bilərsiniz ki, təklif etdiyiniz xidmətin dəyəri ilə Sizin barter üsulu ilə əldə edəcəyiniz xidmətin dəyəri eyni olacaq. Peşəkar komandamız sayəsində göstərdiyimiz xidmətdən hər zaman razı qalacağınızı əmin edirik.
KIT TRADE olaraq, təklif etdiyimiz xidmətlər, sektorda illərlə təcrübəsi olan peşəkar mütəxəssislərmimiz tərəfindən həyata keçirilməkdədir.