Xidmətlər siyahısı
- Layihələrin İdarə Edilməsi və Nəzarəti
- Təmir-Tikinti
- Sənaye Alpinizmi
- Metal Konstruksiya
- İnteryer Dizayner xidməti
- Daxili Təmizləmə
- İsitmə, soyutma və havalandırma sistemləri
- Kəsintisiz Enerji Sistemləri
- Səs və Akustika Sistemləri Təminatı
- Barter Sistemi
- Maliyyə və Mühasibat
- Təchizat və Təminat
- Nəzarət və Müşahidə Sistemi
- IT - Proqramlaşdırma
- IT - Şəbəkə
- WEB Dizayn Xidmətləri
- Eko Turlar və Zirvə Yürüşləri
- Sənaye alpinizm ləvazimatlarının satışı

KIT CONSTRUCTION
Səs və Akustika Sistemləri Təminatı
Radioyayım, televiziya, səsin yayılması, canlandırılması və bu kimi digər sahələrin inkişafı, yeni texnologiya və texniki avadanlığın hərtərəfli tətbiqini tələb edir. Qeyd olunan sistemlər, ümumilikdə “səs və akustika sistemləri” adlanır.
Şirkətimiz, bu sahədə təcrübəli əməkdaşlara sahibdir. Biz, teatr və konsert meydançaları, televiziya və kinoteatrlar, radio studiyaları, əyləncə mərkəzləri və idman obyektləri üçün səs və akustika sistemlərinin layihələndirilməsi, satılması və quraşdırılması xidmətlərini təqdim edirik. Layihələndirmədən əvvəl sizin ehtiyac, tələb və istəklərinizi doğru şəkildə analiz edirik. Quraşdırma mərhələsinə qədər bütün mərhələlər işin yüksək keyfiyyətdə təhvil verilməsi üçün professional heyət tərəfindən idarə edilir.
Təklif etdiyimiz audio mikşerlər, simli mikrofonlar və radiomikrofonlar, akustik sistemlər, səhnə monitorları və studiya monitorları, qulaqcıqlar, konfrans sistemləri, səsgücləndirmə və səsin işlənilməsi sistemlərinin keyfiyyətinə zəmanət veririk. Bu sahədə təcrübəsi və peşəkarlığı ilə fərqlənən dinamik komandamız ilə xidmətinizdəyik.