Xidmətlər siyahısı
- Layihələrin İdarə Edilməsi və Nəzarəti
- Təmir-Tikinti
- Sənaye Alpinizmi
- Metal Konstruksiya
- İnteryer Dizayner xidməti
- Daxili Təmizləmə
- İsitmə, soyutma və havalandırma sistemləri
- Kəsintisiz Enerji Sistemləri
- Səs və Akustika Sistemləri Təminatı
- Barter Sistemi
- Maliyyə və Mühasibat
- Təchizat və Təminat
- Nəzarət və Müşahidə Sistemi
- IT - Proqramlaşdırma
- IT - Şəbəkə
- WEB Dizayn Xidmətləri
- Eko Turlar və Zirvə Yürüşləri
- Sənaye alpinizm ləvazimatlarının satışı
.png)
VERTICAL SERVICE
Əməyin Mühafizəsi SƏTƏM
Əməyin mühafizəsi, işçinin həyatının və sağlamlığının qorunması istiqamətində görülən iqtisadi və sosial, sanitar-gigiyenik və müalicə-profilaktik tədbirlərdir.
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin (SƏTƏM) mühafizəsi qaydalarının icrası üzrə fəaliyyət göstərən Şirkətimiz, dünya təcrübəsinə əsaslanan cari və perspektiv planlar təklif edir.
Xidmət göstərdiyimiz qurumlarda əməyin və ətraf mühitin mühafizəsinin OHSAS 18001 və İSO 14001 beynəlxalq standartlarına uyğun təşkil edilməsinə, əməkdaşlarımız tərəfindən mütəmadi olaraq nəzarət həyata keçirilir.
Təcrübəli heyətimiz tərəfindən insan sağlamlığının qorunması, əməyin və ətraf mühitin təhlükəsizliyi istiqamətində mövcud və mümkün risklər müəyyən edilməklə, onların qarşısının alınması üçün zəruri tədbirlər görülür.
Xidmətlərimiz:
• Həmişə ətraf mühitə və insan sağlamlığına gələ biləcək təhlükələri əvvəlcədən müəyyənləşdirmək və qabaqlayıcı tədbirlər görmək;
• Təbii ehtiyatlardan və enerji ehtiyatlarından səmərəli istifadə etmək;
• Fəaliyyətimizin insan və ətraf mühitə mənfi təsirlərini minimuma endirmək;
• Bütün işçilərimiz, o cümlədən müştərilərimiz və təchizatçılarımızın sağlamlıq və ətraf mühitin qorunması barədə məlumatlılığını artırmaq, lazım olduqda təlim vermək;
• Ölkədəki qanuni qaydalara və üzv olduğumuz təşkilatların ətraf mühit və əməyin mühafizəsi ilə bağlı şərtlərinə riayət etmək;
• Qəza və gözlənilməz hadisələrin təkrarlanmasının qarşısını almaq üçün davamlı nəzarət və təkmilləşdirmə işləri görmək;
• SƏTƏM təlimləri.