Şirkətlər qrupu

ISO 9001:2015

KIT TRADE

Gömrük Broker Xidmətləri

Gömrük brokeri, idxal və ixrac olunan istənilən məhsulun gömrük rəsmiləşdirilməsi zamanı lazım olan bəyannamənin tərtibi, yük müşayiəti sənədləri, aidiyyatı icazə sənədlərinin alınması və rüsumların ödənilməsi ilə bağlı xidmətləri həyata keçirməklə gömrük sistemi ilə şəxslər arasındakı prosesi tənzimləyən vasitəçi rolunu oynayır.

Yüksək təcrübəyə sahib komanda əsasında qurulan şirkətimiz, 2017-cı ildən etibarən gömrük brokeri qismində fəaliyyət göstərir. Məqsədimiz hüquqi və fiziki şəxslərə gömrük sahəsində yardımçı olmaqdır.

Xidmətlərimiz:

●  Bütün növ Gömrük Bəyannamələrinin tərtibi;

●  Gömrük ödənişlərinin (rüsumlarının) öncədən hesablanması;

●  Gömrük rəsmiləşdirilməsi xidmətinin göstərilməsi üçün aidiyyəti sənədlərin ilkin analizi;

●  Bütün növ yüklərin gömrük rəsmiləşdirilməsi (broker xidməti);

●  Gömrük rüsumlarının və digər ödənişlərin müştərinin adından və onun tapşırığına əsasən həyata keçirilməsi;

●  Yüklərin sifarişçinin ünvanına çatdırılması;

●  Yüklərin sığortalanmasının təşkili;

●  Yüklərin anbara yığılması və saxlanmasının təmin olunması;

●  Xarici iqtisadi müqavilələrin tərtib edilməsi;

● Yüklərin gömrük rəsmiləşdirilməsi üçün tələb olunan gömrük sənədlərinin hazırlanması;

●  Gömrük rəsmiləşdirilməsinə dair müvafiq sertifrikatların alınması;

●  Konsaltinq xidməti.

Əlaqə

KIT TRADE Azərbaycan, Bakı, Əhməd Rəcəbli küç 1A, 501
+994 51 230 66 21 +994 70 330 66 16