Şirkətlər qrupu

ISO 9001:2015
Xəbərlər

5 oktyabr Cəbrayıl rayonunun bir neçə kəndi və strateji yüksəklikləri azad edilib

06-Oct-2020

5 oktyabr 2020-ci il tarixində Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Qeyd edək ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir.
 

Digər Xəbərlər