Şirkətlər qrupu

ISO 9001:2015
Xəbərlər

Bakı Fond Birjasının dövriyyəsi kəskin artıb

04-Mar-2021

Bakı Fond Birjasında (BFB) 2021-ci ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2 852 304 113 manat təşkil edib.

BFB-dən verilən məlumata görə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmi 160%, ilkin bazar üzrə ticarət həcmində 455%, repo əməliyyatları üzrə isə 388% böyümə qeydə alınıb.

2020-ci ilin fevral ayının son ticarət günü üzrə BFB-in kapitallaşması 7% artaraq 4 157 558 686 manat təşkil edib.

 

Mənbə: Finans.az

Digər Xəbərlər