Xəbərlər
                    
                        
                        
                
                            Noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait
                        04-Nov-2020
                                           
                    
                        Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək  198.013.034,48 AZN, 10.996.105,84 ABŞ dolları, 165.596,19 avro, 495.521,33 türk lirəsi, 1.294,72 ingilis funt sterlinqi və 5.062.550,00 rubl vəsait daxil olub.
Qeyd edək ki, oktyabrın 1-dən noyabrın 2-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 77.906.626,24 AZN, 10.777.425,16 ABŞ dolları, 147.255,19 avro və 5.057.550,00 rubl vəsait daxil olub.
Müdafiə Nazirliyinin rəhbərliyi, maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.