Şirkətlər qrupu

ISO 9001:2015
Xəbərlər

Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıb

19-Oct-2020

18 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri işğal altında olan  qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar.

Xudafərin körpüsü, Azərbaycanı və İranı birləşdirən, Azərbaycanın Cəbrayıl rayonu ilə İranın Xudafərin şəhristanı arasında yerləşən, Araz çayı üzərində salınmış körpüdür.

Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub.

Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd Şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

18 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri işğal altında olan  qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Digər Xəbərlər