Şirkətlər qrupu

ISO 9001:2015
Xəbərlər

Qlobal ticarətin bərpası yenidən ləngiyəcək

11-Feb-2021

Qlobal ticarət dövriyyəsinin bərpasının COVID-19 pandemiyası səbəbindən 2021-ci ilin I rübündə yenidən yavaşlayacağı gözlənilir.

Bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) "Ticarət və İnkişaf 2020" adlı hesabatında deyilir.

Qeyd edilir ki, cari ilin I rübündə qlobal əmtəə dövriyyəsi 1,5%, xidmət dövriyyəsi isə 7% azalacaq. Lakin BMT sözügedən proqnozları qəti saymır və səbəblər kimi, pandemiyanın yayılmasını və gələcək stimullaşdırıcı paketləri göstərir.

Xatırladaq ki, 2020-ci il ərzində qlobal ticarətin həcmi 9%, təkcə ötən ilin I rübündə isə 15% azalmışdı. 2020-ci ilin sonuncu rübündə qlobal ticarət dövriyyəsinin həcmi rüblük müqayisədə 12% artmışdı və artımın əsas drayveri Şərqi Asiya ölkələrində fəaliyyətin bərpası olmuşdu.

 

Mənbə: Finans.az

Digər Xəbərlər