Şirkətlər qrupu

ISO 9001:2015
Xəbərlər

Bankların dollara tələbi yenə aşağı olub

16-Feb-2021

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə AMB-yə istinadən xəbər verilir.

Qeyd edək ki, ABŞ dollarına tələb fevralın 11-nə nisbətən 1,1 milyon ABŞ dolları və ya 1,6% azalaraq 55 milyon ABŞ dolları təşkil edib və tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Xatırladaq ki, ABŞ dollarına tələb fevralın 11-də əvvəlki hərraca nisbətən 1 milyon ABŞ dolları və ya 1,75 % azalaraq 56,1 milyon ABŞ dolları olub.

 

Mənbə: Finance.az

Digər Xəbərlər