Şirkətlər qrupu

ISO 9001:2015
Xəbərlər

Dünyanın aparıcı investisiya bankları gəlirlərini rekord səviyyədə artırıb

05-Mar-2021

Dünyanın ən böyük 12 investisiya bankının gəlirləri 2020-ci ildə 28% artıb. Bu, son 10 ildə qeydə alınan ən yüksək artım səviyyəsidir.

"Coalition" analitik şirkətinin araşdırmasına istinadən verilən məlumata görə, 2020-ci ildə sözügedən bankların gəlirləri 194,2 mlrd. ABŞ dollarına çatıb. İnvestisiya banklarının kapitallarının orta gəlirliyi (ROE) 5,7 faiz bəndi artaraq 13,2%-dək artıb. Bu göstərici son 5 ilin ən yüksək göstəricisi kimi qeydə alınıb.

Bu banklara "Goldman Sachs Group", "JPMorgan Chase & Co.", "Citigroup Inc.", "Bank of America Corp.", "Morgan Stanley", "Deutsche Bank", "Barclays", "Credit Suisse", UBS, "HSBC Bank Plc", "BNP Paribas", "Societe Generale" aiddir.

"Coalition" qeyd edir ki, aparıcı investisiya banklarının ştatı 2020-ci ildə 1% civarında azalıb.

 

Mənbə: Finans.az

Digər Xəbərlər