Şirkətlər qrupu

ISO 9001:2015
Xəbərlər

Dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat

15-Jan-2021

12 yanvar 2021-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0104001877 ISIN kodlu, tədavül müddəti 364 gün olan 30.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

AZ0104001877 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 98.0 milyon manat təşkil edib. 

Maliyyə Nazirliyi tərəfindən 30,000,000.0 manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 94.4259 (gəlirlilik 5.9356%) səviyyəsində müəyyən edilib. 

İstiqrazların ödəmə müddəti 11 yanvar 2022-ci ildir.

Digər Xəbərlər