Şirkətlər qrupu

ISO 9001:2015
Xəbərlər

Azərbaycanda elektron emitent kabineti istifadəyə verilib

02-Apr-2021

Milli Depozit Mərkəzi (MDM) elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində daha bir addım atıb.

MDM-ə istinadən xəbər verilir ki, bu istiqamətdə yeni elektron xidmət - emitentlərin istifadəsi üçün nəzərdə tutulmuş “elektron emitent kabineti” yaradılıb.

Elektron portal emitentlərə qiymətli kağız mülkiyyətçilərinin reyestrinə real vaxt rejimində elektron baxış imkanı təqdim edir. Bununla, emitent seçilmiş alət üzrə qiymətli kağız sahiblərinin adları və onların sahib olduqları qiymətli kağızların miqdarı barədə məlumat almaq imkanı qazanırlar. Həmçinin, emitentlər kabinetə daxil olaraq seçdikləri alətlər, yəni emissiya etdiyi qiymətli kağızlar barədə məlumatları, o cümlədən, emitentin adı, alətin İSİN nömrəsi, valyutası, qiymətli kağızların ümumi miqdarı,emissiya etdiyi qiymətli kağızların nominalı və digər məlumatları əldə edə bilərlər.

Xidmətdən yararlanmaq üçün istifadəçinin veb brauzerə çıxışı və “ASAN imza” sertifikatı olmalıdır.

Portalda tətbiq edilən digər yenilik, deponentlərin şəxsi kabinetində edilən bir sıra dəyişikliklərlə bağlıdır. Yeniliyə əsasən, hüquqi şəxslər üçün də depo hesabına baxış imkanı yaradılmışdır. Qeyd edək ki, daha öncə yalnız fiziki şəxslər bu xidmətdən istifadə edirdilər.

Elektron emitent və deponent kabinetlərinin investisiya şirkətlərinə təqdim edilməsi, istifadə imkanları barədə ətraflı məlumat verilməsi məqsədilə MDM əməkdaşları və İnvestisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə onlayn görüş təşkil edilib. Görüşdə üzvlər “Emitentlərin elektron xidmətlər üzrə istifadə kitabçası” ilə tanış olmuş və onları maraqlandıran suallar cavablandırılmışdır. Həmçinin, bir sıra təkliflər irəli sürülmüş və gələcəkdə tətbiqi nəzərdə tutulub.

Emitentlər üçün elektron kabinet artıq istifadəyə verilib.

 

Mənbə: Finance.az

Digər Xəbərlər