Xəbərlər
Azərbaycanda kreditlərin dollarlaşması aşağı səviyyəyə enib
27-Jan-2021
Ötən il Azərbaycanda kredit təşkilatlarında (banklar, BOKT, kredit ittifaqları) əhalinin kreditləri 5% azalaraq 2021-ci ilin yanvar 1-nə 14,530 mlrd. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, kreditlərin 29,8%-i xarici valyutadadır ki, bu da 2015-ci ilin yanvar ayından bəri ən aşağı göstəricidir. Statistikanın aparıldığı dövrdən (2006-cı ildən bəri) kreditlərin ən yüksək dollarlaşma səviyyəsi 2016-cı ilin yanvar ayında qeydə alınmışdı (51,9%).
Qeyd edək ki, yanvarın 1-nə problemli kreditlərin həcmi 893,1 mln. manata bərabər olub, onların 26,8%-i xarici valyutadadır.
Mənbə: Finans.az