Şirkətlər qrupu

ISO 9001:2015
Xəbərlər

Azərbaycan ordusu bir çox kənd və qəsəbələri işğaldan azad edib

23-Oct-2020

Azərbaycan və İran İslam Respublikasının dövlət sərhədi tam nəzarətə götürülüb.

Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini, eyni zamanda, Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.işğaldan azad etmişdir. 

Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan və İran xalqını təbrik edib.

Digər Xəbərlər