Xəbərlər
Qızıl 22 dollara yaxın bahalaşıb
06-Feb-2021

Amerika fond bazarında "Dow Jones" indeksi 0,30% - 31 148,24 bəndədək, "S&P 500" indeksi 0,39% - 3 886,83 bəndədək, NASDAQ isə - 0,57% - 13 856,30 bəndədək artıb.
Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,22% - 6 489,33 bəndədək, Almaniya DAX-ı 0,03% - 14 056,72 bəndədək azalıb, Fransa CAC-40-ı isə 0,90% - 5 659,26 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 21,80 ABŞ dolları bahalaşaraq 1 813,00 dollara, gümüşün unsiyasının qiyməti isə 0,79 dollar artaraq 27,02 dollara satılıb.
Mənbə: Finans.az