Şirkətlər qrupu

ISO 9001:2015
Xəbərlər

Azərbaycan Ordusu daha 21 kəndi işğaldan azad edib

22-Oct-2020

Azərbaycan ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 5 kəndini, Zəngilan rayonunun Mincivan qəsəbəsini və 13 kəndini işğaldan azad edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də özünün rəsmi “Twitter” səhifəsində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.
Dövlətimizin başçısı rəşadətli Azərbaycan ordusunun aşağıdakı yaşayış məntəqələrini azad etdiyini bildirib:
Füzuli rayonu: Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri.
Cəbrayıl rayonu: Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri.
Zəngilan rayonu: Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri.


Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Digər Xəbərlər