Şirkətlər qrupu

ISO 9001:2015
Xəbərlər

Mübariz İbrahimovun şəhid olduğu posta Azərbaycan Bayrağı sancılıb

06-Oct-2020

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.


Artıq Mübariz İbrahimovun şəhid olduğu həmin postda Azərbaycan Bayrağı dalğalanır!

Digər Xəbərlər