Xəbərlər
Müsbət saldo ötən il 50% azalıb
19-Jan-2021
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən il 50% azalıb.
2020-ci ildə Azərbaycan xarici ölkələrlə 24,471 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Dövlət Gömrük Komitəsinə istinadən deyirik ki, bu, 2019-cu illə müqayisədə 26,5% azdır.
Xarici ticarət dövriyyəsinin 13,741 milyard dolları ixracın, 10,731 milyard dolları isə idxalın payına düşüb. Ötən il ixrac 30%, idxal isə 21,5% azalıb. Son nəticədə xarici ticarətdə 3,01 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 49,6% azdır.