Şirkətlər qrupu

ISO 9001:2015
Xəbərlər

Azərbaycanda maye karbohidrogenlər hasilatı üzrə proqnoz

12-Feb-2021

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Azərbaycanda 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

Buna OPEC-in aylıq hesabatına istinadən xəbər verilir.

Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnozla uyğundur.

Qeyd edilir ki, 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.

 

Mənbə: Finans.az

Digər Xəbərlər